İranda fəhlələri daşıyan avtobus gülləboran olunub, ölən və yaralananlar var

Baş səhifə

İranın Zahidan şəhərində naməlum şəxslər mədən işçilərini daşıyan avtobusu odlu silahlardan atəşə tutublar.

APA İran mediasına istinadən xəbər verir ki, silahlı insident nəticəsində 2 nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Zahidan şəhər polis rəisi hücum edənlərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görüldüyünü açıqlayıb.

Hadisənin motivləri ilə bağlı hələ ki, məlumat yoxdur.