Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq – Vuçiç

Baş səhifə

Belqrad. Trend:

Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları
açacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıx
olacaq.

Trend xəbər verir
ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Prezident
İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Respublikası və
Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci
iclasında bildirib.

“Eyni zamanda, mədəniyyət, idman, iqtisadiyyat, kənd
təsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlif
sahələrə gəldikdə, tam əminəm ki, bizim əlaqələr dünyanın istənilən
iki ölkəsi arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir.
Sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz dostum İlham
Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər
vaxtlarda. Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərf
etdim. Mən gələcəkdə də belə edəcəyəm. Bilirəm ki, o, çox sədaqətli
dostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyə
bilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan və
Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiya
nazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımız
kimi ürəkdən çalışsınlar. Sizə işinizdə uğurlar arzu edirəm”, –
deyə Vuçiç əlavə edib.