Bakı. Trend:
Braziliya Amazonka bölgəsinda turistləri daşıyan qayığın batması
nəticəsində üç yaşlı qız da daxil olmaqla iki nəfər həlak olub,
yeddi nəfər isə itkin düşüb.
Trend xəbər verir
ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, ikinci qurban 22 yaşlı Lara
Biankadır.
Nəşrin məlumatına görə, qayıq yola düşəndən bir neçə dəqiqə
sonra aşıb. Turistləri xilas etmək üçün iyirmi beş xilasedici, üç
qayıq, səkkiz yanğınsöndürən maşın, bir polis qayığı və təcili
yardım maşını cəlb edilib. Ümumilikdə 70-dən çox insan xilas
edilib.

