“Araz-Naxçıvan”ın baş məşqçisi: “Sumqayıt” kimi komandalarla matçda qələbə qazanmaq çox önəmlidir”

Baş səhifə
Araz-Naxçıvanın baş məşqçisi: Sumqayıt kimi komandalarla matçda qələbə qazanmaq çox önəmlidir

“Sumqayıt” kimi komandalarla matçda qələbə qazanmaq çox önəmlidir.

“Report” xəbər verir ki, bunu Misli Premyer Liqasının XX turunda “Sumqayıt”la oyundan sonra mətbuat konfransında “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko deyib.

Ukraynalı mütəxəssis komandasının rəqib üzərində 1:0 hesablı qələbəsini şərh edib:

“Bu gün yaxşı oynadıq və vacib qələbə qazandıq. Çox istəkli idik, futbolçuların gözündə alov var idi, sona qədər mübarizə apardılar. Belə oyunlarda qələbə qazanmaq çox önəmlidir. Futbolçularda özünə inamı gördük. Ancaq öyrənməli olduğumuz məqamlar var. Oyuna görə futbolçulara təşəkkür etdim”.