FHN-də WUF13-ə hazırlıqla bağlı toplantı keçirilib

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü Sessiyasına (WUF13) aidiyyəti üzrə hazırlıqla əlaqədar toplantı keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, “Mehmanxanalarda yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilmiş toplantıda FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun məsul vəzifəli şəxsləri, mehmanxanaların nümayəndələri iştirak ediblər.

Tədbirdə mehmanxanalarda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, lift və digər qaldırıcı qurğuların saz vəziyyətdə saxlanılmasının zəruriliyi vurğulanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.