
Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk
partiyaları baş tutub.
Trend-in
məlumatına görə, bu raundda rəmzi ilk gedişi Azərbaycan Şahmat
Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının
vitse-prezidenti Mahir Məmmədov edib.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla
Əhməd Əhmədzadəni məğlub edib.
Rauf Məmmədov – Read Səmədov, Məhəmməd Muradlı – Eltac Səfərli,
Aydın Süleymanlı – Nicat Abasov görüşlərində isə heç-heçə qeydə
alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə
İbrahimovanı, Ayan Allahverdiyeva isə Günay Məmmədzadəni məğlub
edib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin
Abdinovaya qalib gəlib. Xanım Balacayeva – Gülnar Məmmədova
qarşılaşması isə heç-heçə ilə başa çatıb.
Bu gün 1/4 final mərhələsinin ikinci partiyaları
oynanılacaq.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın
ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min
manat kişilərin, 30 min manat isə qadınların çempionatına
aiddir.


