Bakı. Trend:
2025-ci ildə ölkənin mənfi xarici ticarət balansı 44 milyard
dolları ötüb.
Trend-in
məlumatına görə, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin
məlumatında bildirilir.
Məlumata əsasən, ötən il ərzində xarici ticarət dövriyyəsi 125,1
milyard dollar təşkil edib. Bu dövrdə ölkəyə 84,8 milyard dollar
dəyərində mal idxal olunub, ixrac isə 40,3 milyard dollar təşkil
edib.
2025-ci ilin yanvar-dekabr aylarında Ukraynaya ən çox məhsul
ixrac edən üç ölkə Çin (19,2 milyard dollar), Polşa (7,9 milyard
dollar) və Almaniya (6,6 milyard dollar) olub.
Hesabat dövründə Ukrayna mallarının əsas alıcıları isə Polşa (5
milyard dollar), Türkiyə (2,7 milyard dollar) və Almaniya (2,4
milyard dollar) olub.

