
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayış
binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, Məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli
yaşayış binasının 6-cı mərtəbəsində pilləkən qəfəsində
quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın
genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən
qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar,
2p.m elektrik naqili yanıb.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri
çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər təxliyə olunub.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.


