İsraili güclü qum fırtınası bürüyüb

Baş səhifə

Bakı. Trend:

İsraili güclü qum fırtınası bürüyüb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İsrailin böyük hissəsini qum fırtınası əhatə edib
ki, bu da görünüşü duman kimi pisləşdirib. Yaşayış məntəqələrinin
küçələrində avtomobillər qum və tozla örtülüb.




Qum fırtınasını ölkəyə Şimali Afrikadan cənub-qərb küləkləri
gətirib.

Səhiyyə Nazirliyi ürək və ağciyər xəstəlikləri olan sakinlərə,
habelə yaşlılar, hamilə qadınlar və uşaqlara tövsiyə edib ki, bu
gün açıq havada olmasınlar və küçədə intensiv fiziki fəaliyyətlə
məşğul olmasınlar.