
Bakı. Trend:
Paytaxtın Nəsimi rayonu ərazisində vətəndaşlardan biri ona
məxsus mağazadan oğurluq edilməsi barədə polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi
Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 58 yaşlı
İ.Səfərli müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun gecə saatlarında mağazanın qapısının açıq
qalmasından istifadə edərək obyektə daxil olduğu müəyyən
edilib.
Analoji hadisə Nərimanov rayonu ərazisində də qeydə alınıb. Belə
ki, zərərçəkənlər su sayğaclarının oğurlanması barədə polisə
müraciət ediblər.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sayğacları oğurlamaqda
şübhəli bilinən T.Məmmədov saxlanılıb.
Araşdırmalar aparılır.

