
Bakı. Trend:
Avropa ölkələri müdafiə məsələlərində ABŞ-dən asılılığı
azaltmalı və öz aralarında əməkdaşlığı daha da
gücləndirməlidirlər.
Trend xəbər verir ki, bu
fikir Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən Münhen
Təhlükəsizlik Konfransında səsləndirilib.
Baş nazirin Ofisi tərəfindən yayılan mətndə bildirilir: “Biz
artıq “Brexit” dövrünün Britaniyası deyilik. Çünki anlayırıq ki,
təhlükəli dövrlərdə yalnız özümüzə qapanaraq nəzarəti təmin edə
bilmərik, əks halda onu itirəcəyik. Buna yol verməyəcəyik”.
Starmer bunun tarixi dərs olmaqla yanaşı, bu günün reallığı
olduğunu vurğulayıb və “Avropa NATO-su”nun yaradılması ideyasını
irəli sürüb.


