ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Karib dənizində narkotik vasitələr daşıyan gəmiyə zərbə
endirib.

Trend xəbər verir ki, bu
barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial
şəbəkəsində məlumat yayıb.




“Məlum olub ki, gəmi Karib dənizində narkotik qaçaqmalçılığı
üçün istifadə olunan marşrutlar üzrə hərəkət edirdi və bu məqsədlə
istifadə olunurdu”, – deyə paylaşımda bildirilib.

Qeyd edilib ki, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ
hərbçiləri arasında xəsarət alan olmayıb.