Luvr muzeyini su basdı

Baş səhifə

Bakı. Trend:

Fevralın 13-nə keçən gecə Parisin Luvr muzeyini su basıb.

Trend bu barədə
Fransa KİV-ə istinadən xəbər verir.

Luvrun texniki xidməti hadisəni fövqəladə vəziyyət kimi şərh
edib. Əsasən 15 və 16-cı əsrə aid sənət əsərlərinin saxlanıldığı
zalı su basdığı bildirilir. 707 saylı həmin bölmə “Düşatel”
adlanır.




Həmin zaldakı incəsənət əsərlərinə ciddi ziyan dəydiyi
bildirilir. Hadisə ilə bağlı ekspert araşdırmasına başlanılıb.

Su sızmasının yuxarı mərtəbələrin birinin su təchizat
borularında baş verən nasazlıqdan qaynaqlandığı güman edilir.
Hazırda 706 və 708 saylı zalların bağlandığı bildirilir.