Cahid Mikayılov: “Dayanıqlı inkişafda enerji səmərəliliyi əsas istiqamətdir”

Baş səhifə
Cahid Mikayılov: Dayanıqlı inkişafda enerji səmərəliliyi əsas istiqamətdir

Azərbaycanın dayanıqlı inkişaf gündəliyində enerji səmərəliliyi əsas istiqamətlərdən biridir.

“Report”un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.

“Bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynayır. Merlər Razılaşması Şərq Tərəfdaşlığı təşəbbüsü enerji səmərəliliyi sahəsində bələdiyyələr üçün icra mexanizmlərı təqdim edən mühüm platformadır. Energetika Nazirliyi bu imkanlardan səmərəli istifadə olunması istiqamətində yerli özünüidarəetmə orqanlarını dəstəkləməyə davam edəcək”, – o vurğulayıb.

O qeyd edib ki, bu təşəbbüsə qoşulmaq inzibati binalarının isitmə xərclərinin azaldılması, istilik izolyasiyasının gücləndirilməsi, sosial obyektlərin enerji sərfiyyatının optimallaşdırılması, LED işıqlandırma sistemlərinə keçid kimi bir çox enerji səmərəliliyi tədbirlərinə dəstək göstərə bilər.