Ötən gün ölkə ərazisində 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Baş səhifə

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
fevralın 12-də ümumi çəkisi 13,5 kiloqramdan artıq narkotik vasitə
aşkar olunaraq götürülüb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.




Belə ki, fevralın 12-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1
alışdırıcı, 30 tüfəng, 2 patron darağı və 192 ədəd müxtəlif çaplı
patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.