
Əfqanıstanın şimalında baş verən 4,5 maqnitudalı zəlzələ nəticəsində üç nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 02:42-də baş verib, episentri Səməngan vilayətinin Xulm rayonunda yerləşib. Yeraltı təkanlar qonşu Balx, Səməngan, Fariab, Cauzcan və Sar-e-Pul vilayətlərində hiss olunub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


