Kalidu Kulibali “Əl-Hilal”la müqaviləsini 2027-ci ilə qədər uzatdı

Baş səhifə

Bakı. Trend:

Seneqallı müdafiəçi Kalidu Kulibali Səudiyyə Ərəbistanının
“Əl-Hilal” klubu ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib ki, Kulibali komandada çıxışı
ilə fərqlənərək komanda yoldaşları ilə birlikdə “Əl-Hilal”ın beş
titul qazanmasına töhfə verib. Bu titullara Kral Kuboku, Səudiyyə
Ərəbistanı Liqası, iki Səudiyyə Ərəbistanı Superkuboku və Ər-Riyad
Kuboku daxildir.




Qeyd olunur ki, Kulibali həmçinin “Əl-Hilal”ın 2025-ci il FIFA
Klublararası Dünya Kubokunda turnirin dörddəbir finalına
yüksəlməsində əsas rol oynayıb.

Seneqallı müdafiəçi 2023-cü ildə “Əl-Hilal”a transfer olunub və
indiyədək bütün turnirlərdə komandanın heyətində 11 oyunda meydana
çıxıb. O, daha əvvəl “Çelsi” və “Napoli” klublarında çıxış
edib.