
Bakı. Trend:
UEFA ötən ilin maliyyə yekunlarını açıqlayaraq kişi klub
turnirlərindən rekord gəlir əldə olunduğunu bəyan edib.
Trend UEFA-nın
rəsmi saytına istinadən xəbər verir ki, bütün turnirlərdən əldə
edilən ümumi gəlir 5 milyard avronu ötüb. Bu göstərici əvvəlki
mövsümlə müqayisədə 737 milyon avro çoxdur.
Məlumatda qeyd olunur ki, kişi klub yarışlarından əldə edilən
ümumi gəlir 2023/2024-cü illər mövsümü ilə müqayisədə 690 milyon
avro artaraq 4,4 milyard avroya çatıb. Artım təkrar
investisiyaların genişlənməsinə səbəb olub. Belə ki, klublara
edilən maliyyə ödənişləri 3,4 milyard avroya yüksəlib ki, bu da
əvvəlki mövsümdən 400 milyon avro çoxdur.


