
Madridin “Atletiko” klubu futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona”nı darmadağın edib.
“Report”un məlumatına görə, Madridin “Sivitas Metropolitano” stadionunda keçirilən qarşılaşma 4:0 hesabı ilə başa çatıb.
Yeddinci dəqiqədə qonaqların müdafiəçisi Erik Qarsiya öz qapısına qol vurub. 14-cü dəqiqədə hücumçu Antuan Qrizman “Atletiko”nun üstünlüyünü möhkəmləndirib. 33-cü dəqiqədə Ademola Lukman hesabı darmadağın səviyyəsinə çatdırıb. Birinci hissəyə əlavə olunmuş vaxtda isə forvard Xulian Alvares Madrid komandasının dördüncü qoluna imza atıb.
İkinci hissənin əvvəlində “Barselona”nın müdafiəçisi Pau Kubarsi qol vursa da, VAR baxışından sonra həmin qol ləğv edilib. 86-cı dəqiqədə Erik Qarsiya qırmızı vərəqə alaraq meydandan qovulub.
Cavab oyunu martın 3-də keçiriləcək. Qarşılaşma Barselonadakı “Kamp Nou” stadionunda baş tutacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

