
Bakı. Trend:
İspaniya Kubokunun yarımfinal mərhələsində “Atletiko Madrid” və
“Barselona” komandaları arasında ilk oyun keçirilib.
Trend xəbər verir
ki, Madrid təmsilçisi qarşılaşmada böyükhesablı qələbə qazanıb.
“Atletiko Madrid” katalonların qapısından dörd cavabsız top
keçirərək 4:0 hesabı ilə üstün olub.
Oyunun 86-cı dəqiqəsində “Barselona”nın futbolçusu Erik Qarsiya
qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 3-də
keçiriləcək. Bu cütün qalibi yarımfinalın digər cütü olan “Atletik
Bilbao” – “Real Sosyedad” (ilk oyun 0:1) qarşılaşmasının qalibi ilə
finalda üz-üzə gələcək.


