Xaçmazın Qalağan kəndində sakinlərlə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz
Rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Qalağan kəndində növbəti səyyar qəbulunu
keçirib.

Qəbulda Qalağan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Qalağan, Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı
kəndlərinin sakinləri iştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlli
istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.




Həmçinin məşğulluq, qaz təchizatının bərpası, daxili yolların
təmiri və suvarma kanallarının təmizlənməsi ilə bağlı müraciətlər
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlər
tərəfindən qaldırılan məsələlərin araşdırılması ilə bağlı tapşırıq
və tövsiyələrini verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər.