Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət
əməliyyatları həyata keçirib, 128 ölkəyə məhsul ixrac olunub, 173
ölkədən idxal olunub.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük
rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və
təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla
2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48 milyard 905,8
milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 24 milyard
526,1 milyon dollarını və ya 50,1 faizini ölkədən ixrac olunmuş
məhsulların, 24 milyard 379,7 milyon dollarını (49,9 faizini) isə
idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 146,4 milyon
dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü illə müqayisədə
xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb. real
ifadədə isə 8,6 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 8,7 faiz
azalıb.

2025-ci ildə qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 628,2
milyon dollar təşkil etmiş və 2024-cü ilə nisbətən faktiki
qiymətlərlə 8,1 faiz artmış, real ifadədə isə 18,1 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən
ölkənin xarici ticarət dövriyyəsinin 24,0 faizi İtaliya, 11,6 faizi
Türkiyə, 10,0 faizi Rusiya, 9,9 faizi Çin, 3,6 faizi İsveçrə, 3,1
faizi ABŞ, 2,8 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, hər
biri 1,8 faiz olmaqla Avstraliya, Gürcüstan və Yunanıstan, 1,7
faizi Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Çexiya və Özbəkistan,
hər biri 1,4 faiz olmaqla Rumıniya, Xorvatiya və Qazaxıstan, 1,3
faizi İran, 1,0 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqla
Portuqaliya və Belarus, hər biri 0,8 faiz olmaqla Fransa və
Hindistan, 12,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət
əməliyyatlarının payına düşüb.




Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,6 faizi Çin,
15,3 faizi Rusiya, 9,6 faizi Türkiyə, 6,1 faizi ABŞ, 5,3 faizi
İsveçrə, 3,7 faizi Avstraliya, 3,4 faizi Almaniya, 3,3 faizi
Birləşmiş Krallıq, 2,9 faizi Özbəkistan, 2,6 faizi İran, 2,4 faizi
Qazaxıstan, 2,1 faizi İtaliya, hər biri 1,4 faiz olmaqla Belarus və
Yaponiya, hər biri 1,3 faiz olmaqla Koreya, Braziliya və Meksika,
hər biri 1,2 faiz olmaqla Kanada, Ukrayna və Cənubi Afrika
Respublikası, 1,1 faizi Fransa, 0,9 faizi Hindistan, 11,4 faizi isə
digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına
düşüb.

İxracın 45,3 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,7
faizini Rusiyaya, 3,3 faizini Yunanıstana, 3,2 faizini
Bolqarıstana, 3,0 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,7
faizini Xorvatiyaya, 2,5 faizini Rumıniyaya, 2,2 faizini
Almaniyaya, 1,9 faizini İsveçrəyə, 1,7 faizini Portuqaliyaya, 1,4
faizini Birləşmiş Krallığa, 1,2 faizini İrlandiyaya, hər biri 0,9
faiz olmaqla Tunis və Ukraynaya, 0,8 faizini Niderlanda, 0,7
faizini Hindistana, 0,6 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla
Suriya, Serbiya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və
Əfqanıstana, 4,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların
dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4
faiz), Türkiyəyə (16,5 faiz), Gürcüstana (9,6 faiz), İsveçrəyə (9,6
faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1
faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,2 faiz), Özbəkistana
(2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,7 faiz), Almaniyaya
(1,3 faiz), İtaliyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük
təşkil etmişdir.

2024-cü illə müqayisədə 2025-ci ildə xam şəkər idxalı 24,2 faiz,
unlu qənnadı məmulatları – 0,3 faiz, mal əti – 12,9 faiz, təzə
tərəvəz – 29,0 faiz, siqaretlər – 3,0 dəfə, minik avtomobilləri –
38,1 faiz, avtobuslar – 2,2 dəfə, mineral gübrələr – 6,8 faiz,
polietilen – 20,7 faiz, məişət kondisionerləri – 10,3 faiz,
polipropilen – 3,1 faiz, qara metallardan künclüklər – 5,9 faiz,
məişət soyuducuları – 10,3 faiz artmış, buğda idxalı isə 1,9 faiz,
bitki yağları – 18,5 faiz, kərə yağı, digər süd yağları və
pastaları – 15,9 faiz, təzə meyvə – 13,1 faiz, şokolad və şokolad
məhsulları – 4,2 faiz, çay – 6,4 faiz, kartof – 5,6 faiz, quş əti
və onun əlavə məhsulları – 31,6 faiz, dərman vasitələri – 14,9
faiz, polad prokatı – 3,2 faiz, qara metallardan borular – 7,5
faiz, hesablama maşınları, blok və qurğuları – 9,1 faiz,
ayaqqabılar – 2,2 faiz, rezin şinlər – 5,7 faiz, yük avtomobilləri
– 3,2 faiz, sintetik yuyucu vasitələr – 7,3 faiz, qara metallardan
çubuqlar – 18,0 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, sement –
19,7 faiz azalmışdır.

2025-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən
təzə meyvə ixracı 21,4 faiz, təzə tərəvəz – 18,0 faiz, şəkər – 67,6
faiz, siqaretlər – 38,4 faiz, kartof – 47,8 faiz, bitki yağları –
25,0 faiz, polipropilen – 0,8 faiz, emal olunmamış alüminium – 87,0
faiz, polietilen – 12,7 faiz, sement klinkerləri – 11,5 faiz,
pambıq ipliyi – 30,5 faiz artıb, tütün ixracı isə 30,9 faiz, meyvə
və tərəvəz şirələri – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 16,4
faiz, çay – 2,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar
– 34,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,8 faiz,
mineral gübrələr – 3,8 faiz, pambıq lifi – 8,0 faiz, elektrik
enerjisi – 29,8 faiz, qara metallardan borular – 11,3 faiz, qara
metallardan çubuqlar – 36,1 faiz, bentonit gili – 15,1 faiz
azalıb.