Ukrayna Rusiyada neft emalı zavoduna PUA ilə zərbə endirib

Baş səhifə
Ukrayna Rusiyada neft emalı zavoduna PUA ilə zərbə endirib

Ukrayna PUA-ları Rusiyanın Komi Respublikasına hücum edib, Uxtadakı neft emalı zavodunun ərazisində yanğın qeydə alınıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Komi Respublikasının başçısı Rostislav Qoldşteyn sosial şəbəkələrdə məlumat verib.