
Bakı.Trend:
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov
saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilir ki, həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd
psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar
davam etdirilir.

