ABŞ Konqresində Rusiya nefti idxalçılarına sanksiya layihəsi təqdim edilib

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyadan neft və neft
məhsullarının idxalı üzrə əməliyyatlarda iştirak edən xarici fiziki
və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan
qanun layihəsi təqdim olunub.

Bu haqda Trend
xarici KİV-ə istinadən xəbər verir.

Qanun layihəsinin müəllifləri Respublikaçılar Partiyasından iki
konqresmen – Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin
sədri Maykl Makkol (Texas ştatı) və Mayk Loler (Nyu-York), həmçinin
demokratlar Bill Kitinq (Massaçusets), Marci Kaptur (Ohayo), Maykl
Kuiqli (İllinoys) və Coş Qotthaymerdir (Nyu-Cersi).




Onların hazırladığı qanun layihəsi ABŞ hökuməti tərəfindən
Rusiya Federasiyasından istənilən ölkəyə neft və ya neft
məhsullarının alınması və ya idxalında iştiraka, bu əməliyyatların
maliyyə tranzaksiyalarının həyata keçirilməsinə yardım
göstərilməsinə, eləcə də onlara maddi və ya digər formada dəstək
verilməsinə görə sanksiyaların tətbiqini nəzərdə tutur.

Bundan əlavə, analoji sanksiyalar Rusiya neftinin tədarükündə
iştirak edən şirkətlərin baş icraçı direktorlarına və direktorlar
şuralarının üzvlərinə də şamil ediləcək.