Bakı. Trend:
Seysmoloqlar Rusiyanın Kuril adaları yaxınlığında 5,1 və 5,3 bal
gücündə iki zəlzələ qeydə alıblar, təkanlar Cənubi Kuril adalarında
hiss olunub.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidmətinin filialı tərəfindən bildirilib.
Məlumata əsasən, ilk zəlzələ saat 03:35-də Simuşir adasından 291
km cənubda, 63 km dərinlikdə baş verib. Onun maqnitudası 5,1
olub.
Bildirilib ki, Malokurilskoye kəndindən 55 km şimal-şərqdə, 66
km dərinlikdə 5,3 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

