
Bakı. Trend:
“Everton” klubu yay transfer pəncərəsində “Mançester Siti”nin
iki futbolçusunu heyətinə qatmağı hədəfləyir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin baş
məşqçisi Devid Moyes həm Cek Qrilişi, həm də Con Stounzu
komandasında görməyə maraq göstərir.
Məlumata görə, ötən yay icarə əsasında komandaya cəlb olunan
Stounzun müqaviləsində 50 milyon funt sterlinq (təxminən 57,5
milyon avro) dəyərində satınalma maddəsi yer alır. Lakin klub 30
yaşlı müdafiəçi üçün bu məbləği həddindən artıq yüksək hesab edir.
Bildirirlir ki, klub rəhbərliyi transferi daha aşağı qiymətə
reallaşdırmaq üçün danışıqlar aparacaq.

