
Bakı–Sumqayıt marşrutu üzrə hərəkətdə olan sürət qatarı Novxanı sahəsindən keçən hissədə faciəli hadisə ilə üzləşib.
“Report”un yerli bürosu məlumat verir ki,dəmir yolu xəttinə çıxan orta yaşlı kişi qatarın vurması nəticəsində həyatını itirib.
Hadisədən sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və fakt üzrə araşdırmalara başlanılıb.
Hazırda hadisənin başvermə şəraiti və səbəbləri dəqiqləşdirilir.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

