Əmanətçilər üçün xüsusi təklif

Baş səhifə

Bakı. Trend:

“Xalq Bank” müştərilərin premium kart üstünlüklərindən daha
geniş yararlanması məqsədilə yeni kampaniya keçirir. Belə ki, 30
iyunadək “Xalq Bank”da aktiv əmanəti olan müştərilər
Mastercard Black Edition
və ya Visa
Infinite
ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya kart
hesabına ilkin mədaxil məbləğinə 50 % endirimlə əldə edə
biləcəklər.

Premium kartlar sahiblərinə yüksək komfort, fərdi yanaşma və
eksklüziv imtiyazlar təqdim edən, eyni zamanda səyahət zamanı
müxtəlif üstünlüklərlə müşayiət olunan prestijli ödəniş
vasitələridir. Buraya səyahət sığortası, transfer xidmətləri, hava
limanlarında biznes zallara pulsuz keçid və digər imtiyazlar
daxildir.

Kampaniyadan “Xalq Bank” filiallarına müraciət edərək
yararlanmaq mümkündür.




Qeyd edək ki, “Xalq Bank”ın təqdim etdiyi çeşidli depozit
məhsulları illik 10.5 %-dək gəlir qazanmaq imkanı yaradır. Ətraflı
şərtlərlə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/emanetler

“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.