
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə,
müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ərazi icra
nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların
növbəti fərdi qəbulunu keçirib.
Trend xəbər
verir ki, qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak
ediblər.
Müraciətlər məşğulluq, sosial müavinət, səhiyyə və digər
sahələri əhatə edib.
Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll
olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara
yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul
şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə
götürülməsi barədə tapşırıqlar verib.


