
Bakı. Trend:
Avstraliyalı atlet Kem Bolton Olimpiya Oyunlarında çıxışı
ərəfəsində snoubord-kross üzrə məşq zamanı yıxılaraq boyun
fəqərələri nahiyəsində iki sınıq xəsarəti.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, idmançı bazar ertəsi ağrı hiss etsə də, yalnız
növbəti gün tibbi yardıma müraciət edib. Rentgen müayinəsi
sınıqları aşkar etdikdən sonra o, əlavə müalicə üçün helikopterlə
xəstəxanaya aparılıb.
Boltonun 35 yaşı var. İtaliyada keçirilən Olimpiya Oyunları
avstraliyalı üçün karyerasında dördüncü olmalı idi. O, daha əvvəl
2014, 2018 və 2022-ci illərdə keçirilən Oyunlarda iştirak edib.
Bolton 2025-ci il dünya çempionatında snoubord-kross üzrə qarışıq
yarışlarda gümüş medal qazanıb.
Snoubord-kross üzrə fərdi yarışlar fevralın 12-nə, qarışıq
yarışlar isə fevralın 15-nə planlaşdırılıb. Qış Olimpiya Oyunları
fevralın 22-də başa çatacaq.

