Kanadada məktəbdə atışma baş verdi, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Kanadanın Tambler Ric şəhərində yerləşən məktəbdə atışma baş
verib.

Trend xəbər verir ki, atışma
nəticəsində 7 nəfər həyatını itirib. Hadisəni törətməkdə şübhəli
bilinən şəxs də hadisə yerindən ölü tapılıb. Hadisənin səbəbləri və
digər təfərrüatlar məlum deyil.




Qeyd edək ki, məktəbdə 7-ci sinifdən 12-ci sinfə kimi şagirdlər
təhsil alır.