Bakı. Trend:
Fransada 3 ildir ardıcıl olaraq şərab ixracı azalır.
Trend xəbər verir ki, bu
barədə Fransa Şərab İxracatçıları Federasiyasının sonuncu
bülletenində məlumat verilir. Qeyd olunur ki, 2025-ci ildə şərab
ixracının həcmi 8 faiz azalaraq 14,3 milyard avroya enib.
2022-ci ildən etibarən şərab ixracatı 17 faiz azalıb. Bu sektor
ixracatda ikinci yerdən üçüncü yerə geriləyib. İlk 2 yerdə
aerokosmik və kosmetika sənayesi dayanır.
Avropa ölkələrinə satışlar stabil qalsa da, ABŞ-a satışlar 21,
Çinə isə 20 faiz azalıb.

