İtaliyalı müdafiəçi “Roma”da qalacaq

Baş səhifə

Bakı. Trend:

“Roma” “Verona”dan icarrəyə götürdüyü Daniele Qilardi ilə bağlı
qərar verib.

Trend xəbər verir ki, paytaxt
təmsilçisi italiyalı futbolçunun transfer hüquqlarına yiyələnəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.




“Roma” Qilardi üçün onun klubuna 8 milyon avro təzminat
ödəyəcək.

Qeyd edək ki, “Roma” Daniele Qilardini mövsümün əvvəlində
icarəyə götürüb. 23 yaşlı mərkəz müdafiəçisi “canavarlar”ın
heyətində 14 rəsmi matçda meydana çıxıb.