“Boeing” hava gəmilərinin sayını artırır

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın “Boeing” şirkəti yanvarda müştərilərə 46 təyyarə təhvil
verib.

Trend xəbər verir ki, şirkət
3 aydır təhvil verdiyi hava gəmilərinin sayını artırır.




Onun əsas rəqibi “Airbus” isə ötən ay müştərilərə cəmi 19
təyyarə yollaya bilib.

“Boeing” yanvarda 103 təsdiqlənmiş sifariş alıb ki, bu da əsas
rəqibdəkindən 49 ədəd çoxdur. Şirkət son 7 ildə ilk dəfə ötən il
“Airbus”dan daha çox sifariş alıb.