Şamaxıda yol-nəqliyyat hadisəsi oldu, ölən var

Baş səhifə

Bakı. Trend:

Şamaxıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend xəbər verir ki, hadisə
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən
keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan
minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca
çırpılıb.




Qəza nəticəsində xəsarət alan sərnişin, 66 yaşlı Qabil Sərkərov
Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin
müdaxilələrinə baxmayaraq, o, xəstəxanada vəfat edib.