“Mançester Yunayted” sabiq kapitanına yeni müqavilə təklif edəcək

Baş səhifə

Bakı. Trend:

Harri Maquayr “Mançester Yunayted”də qala bilər.

Trend xəbər verir ki,
müdafiəçinin müqaviləsi yaxın yayda başa çatır, lakin “Daily
Mail”in məlumatına görə, “mankunianlar”ın sabiq kapitana yeni
müqavilə təklif etməsi gözlənilir.




Hazırda Maquayr həftəlik 180 min funt sterlinq maaş alır. Ona
başqa şərtlərlə müqavilə təklif olunacaq.

Qeyd edək ki, Harri 2018/2019 mövsümündən etibarən “qırmızı
şeytanlar”ın formasını geyinir.