ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir

Baş səhifə

Bakı. Trend:

ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki sahədə əməkdaşlığı
genişləndirir.

Trend xəbər verir ki, bununla
bağlı məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika
Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında
Xartiya”da da öz əksini tapıb.

Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da
daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə
dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ
terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini
nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi
planlaşdırırlar.

Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun
mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq
nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər
partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi
çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində
maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın
artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.