
Özbəkistan Respublikasının Daşkənd şəhərində 10–13 fevral 2026-cı il tarixlərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.
“Report” xəbər verir ki, sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.
Bununla da Ağdam abidələri ilk dəfə olaraq beynəlxalq mədəni irs siyahılarına daxil edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

