
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid
Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə
gəlib.
Trend xəbər
verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin vitse-prezidentinin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin
müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.


