
Bakı. Trend:
ABŞ şirkətləri Azərbaycan vasitəsilə C5 regionuna çıxış əldə edə
bilərlər.
Trend xəbər verir
ki, bunu Bakıda keçirilən brifinq zamanı üzvlərlə beynəlxalq
əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezident Kuş Çoksi
bildirib.
“Satışlar və bazara çıxış məsələsinə gəldikdə, bu, konkret
şirkətdən asılıdır. Lakin şirkət böyüməyə can atırsa, bütün bu
imkanları nəzərdən keçirir. Şirkətlər C5 regionuna çıxış üçün
Azərbaycandan ya xidmət mərkəzi, ya da ticarət qovşağı kimi
istifadə edə bilərlər. Həmçinin Azərbaycandan Avropaya enerji nəqli
üçün də bu ölkədən yararlana bilərlər – bütün bunlar getdikcə daha
aktual olur. Azərbaycan həm kommersiya, həm də geosiyasi baxımdan
həlledici rol oynayır. Bütün bu amillər birlikdə ölkəni cəlbedici
edir”, – deyə o qeyd edib.
Çoksi vurğulayıb ki, Azərbaycanın iqtisadi artımı ilkin
mərhələdə enerji sektoru ilə bağlı olsa da, ölkə iqtisadiyyatı
şaxələndirilib.
“Bu səbəbdən də o, ən müxtəlif sahələrdə fəaliyyət göstərən
şirkətlər üçün maraqlıdır”, – deyə o əlavə edib.


