Bakı. Trend:
İtaliyada yol ortasında polislə silahlılar arasında atışma qeydə
alınıb.
Trend xəbər verir
ki, hadisə cənubdakı Apuliya vilayətində, Leççe və Brindizi
şəhərlərini birləşdirən şosedə baş verib.
Məlumata görə, silahlı şəxslər yanan avtomobildən blokpost kimi
istifadə edərək zirehli furqonu dayanmağa məcbur edib və daha sonra
içindəkiləri qarət etmək üçün onu partladıb.
Hadisə zamanı silahlılarla polis əməkdaşları arasında atışma da
qeydə alınıb.

