Bakı. Trend:
Çinin şərqində yerləşən Şandun əyalətində qızıl mədənində baş
verən qəza nəticəsində azı yeddi nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə “Penpay” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə Çjaoyuan şəhər dairəsində yerləşən
Tsançjuan qızıl mədənində qeydə alınıb.
Məlumata görə, qəza zamanı şaquli şaxtada qaldırıcı qəfəs düşüb.
Fevralın 7-də baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün
istintaqa başlanılıb.
Eyni zamanda, qəza ilə bağlı məlumatın gizlədilməsinə cəhd
göstərildiyi iddiaları əsasında şaxtanı istismar edən şirkət
barəsində ayrıca araşdırma aparıldığı bildirilib.

