İtaliya Alplarında bir həftə ərzində 13 nəfər həlak oldu

Baş səhifə

Bakı. Trend:

Ötən həftə ərzində İtaliya Alplarında ümumilikdə 13 alpinist,
dağ xizəkçisi və turist həyatını itirib.

Trend “Associated
Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya Dağ
Xilasetmə Korpusunun məlumatında deyilir.




Qeyd olunub ki, bu göstərici belə qısa zaman kəsiyi üçün rekord
sayılır.

Korpusun nümayəndəsi Federiko Kataniyanın sözlərinə görə,
faciəli hadisələrə bir neçə əlverişsiz amil səbəb olub. Bunlar
arasında güclü qar yağışı, şiddətli külək və dağ yamaclarında
toplanmış böyük həcmdə qar kütləsi yer alır.