Bakı. Trend:
Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Kyonsan şəhərində neft
anbarında partlayış nəticəsində yanğın baş verib.
Trend xəbər verir
ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Hazırda hadisə
nəticəsində itkilər barədə məlumat yoxdur.
Məlumata görə, hadisə yerli vaxtla səhər saat 08:00 radələrində
neft kəməri korporasiyasına məxsus obyektdə qeydə alınıb.
Bildirilib ki, çənin yuxarı hissəsində baş verən partlayışdan sonra
alov yaranıb, lakin yanğın qısa müddətdə söndürülüb. Hazırda
ərazidə yalnız tüstünün müşahidə edildiyi qeyd olunur.

