ABŞ dövlət katibi Marko Rubio Almaniya, Slovakiya və Macarıstana səfər edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin dövlət katibi Marko Rubio 13–16 fevral tarixlərində
Almaniya, Slovakiya və Macarıstana səfər etməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda
deyilir.

Bildirilib ki, Marko Rubio 13–15 fevral tarixlərində Almaniyada
keçiriləcək 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak
edəcək.




Onun Slovakiyaya səfəri 15–16 fevral tarixlərini əhatə edəcək.
ABŞ rəsmisi bu ölkədə nüvə enerjisi sahəsində əməkdaşlığın
inkişafı, enerji təchizatının şaxələndirilməsi, Slovakiyanın
silahlı qüvvələrinin modernləşdirilməsi və NATO çərçivəsində
götürdüyü öhdəliklərlə bağlı məsələləri müzakirə etməyi
planlaşdırır.

Macarıstanda isə Marko Rubionun iki ölkə arasında enerji
əməkdaşlığı məsələlərinə toxunacağı qeyd olunub.