Bakı. Trend:
ABŞ-də “Beechcraft Hawker G-36” yüngül təyyarəsi texniki
problemlər səbəbindən təcili eniş edərkən avtomobillərə
çırpılıb.
Trend xəbər verir
ki, hadisə Florida ştatının Qeynsvill şəhərində baş verib və
nəticədə ən azı dörd nəfər yaralanıb.
Pilot işlək yola eniş etməyə qərar verib, lakin eniş zamanı
təyyarə ən azı beş avtomobilə dəyib. İki sürücü qəlpə yaraları
alıb, göyərtədə olan iki nəfər isə yüngül xəsarət alıb.

