Bakı. Trend:
Böyük Britaniyanın Maliyyə Davranışı Təşkilatı (FCA) müdafiəyə
yönəlmiş fondlardan gələn müraciətlərə üstünlük verəcək.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
FCA tənzimləyici maneələri azaltmaqla müdafiə səhmləri və
istiqrazlarına investisiyaları təşviq edir.
Müdafiə fondlarına həm mülki, həm də hərbi məqsədlər üçün,
məsələn, kibertəhlükəsizliklə bağlı ikili təyinatlı texnologiyalara
sərmayə qoyan fondlar daxildir. Yeni fondlar üçün təsdiq üç günə,
mövcud fondlar üçün isə bir aydan gec olmayaraq veriləcək.
Analitiklər bunu ABŞ Prezidenti Donald Trampın NATO üzvü Avropa
ölkələrindən müdafiə xərclərini ÜDM-in 5%-inə qədər artırmaq
tələbləri fonunda atılan addım kimi qiymətləndirirlər.

