
Ukrayna Silahlı Qüvvələrinə aid “Mi-24” helikopteri döyüş tapşırığından geri qayıtmayıb, ekipaj üzvləri həlak olub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Xerson” 11-ci əlahiddə ordu aviasiyası briqadası “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
“Təəssüf hissi ilə itki barədə bildiririk. Silahdaşlarımız – “Mi-24″ helikopterinin heyəti döyüş tapşırığından qayıtmayıb. Onlar əsl vətənpərvər, ləyaqətli insanlar və nümunəvi zabitlər idilər”, – briqadanın məlumatında bildirilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

