
ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək hədələrindən sonra Farer adaları Danimarka ilə müstəqillik danışıqlarını dayandırıb.
Metbuat.az xəbər verir ki, Şimali Atlantikanın strateji ərazilərindən olan və onilliklərdir Danimarkadan ayrılmağı planlaşdıran Farer adaları qlobal güc mübarizəsi və artan işğal təhlükələri fonunda muxtariyyət danışıqlarını dayandırmaq qərarına gəlib. Məlumata görə, təxminən 55 min əhalisi olan 18 adadan ibarət bölgədə müstəqillik tələbləri güclü yerli iqtisadiyyata və 1 milyard dollar dəyərində qızılbalıq ixracatına əsaslanır.
Qeyd edək ki, İslandiya ilə Şotlandiya arasındakı su yolunda yerləşən Farer adaları nəhəng ölkələrin geosiyasi rəqabət meydanına çevrilib. Region təkcə hərbi deyil, həm də ticari baxımdan Çin və Rusiyanın marağındadır.


